Milli Şuranın bəyannaməsi:

İyunun 7-də təsis olunan Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsində qeyd olunur ki, əsas məqsəd xalqın hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır: “Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezident seçkisində vahid platforma ilə və vahid güc kimi iştirak edəcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasına çalışacaq”.
Milli Şura namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə bunları vəd edir:

  • Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək;

  • Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;

  • Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

  • Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışmaq.

  • Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olmaq.


Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>