M E M O R A N D U M

Ölkədə azad, ədalətli və demokratik seçki mühiti yaratmaq, hakimiyyətin demokratik və hüquqi əsaslarla formalaşdırılmasını təmin etmək, ictimai-siyasi qurumlar arasında konstruktiv əməkdaşlıq mühitinə nail olmaq məqsədi ilə bu sənədi imzalayan şəxs 2013-cü il Prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi kimi üzərinə aşağıdakı öhdəlikləri götürür:


1. Səlahiyyət müddətinin iki illə (keçid dövrü) məhdudlaşdırılacağı ilə razılaşmaq;

2. Cəmiyyətin potensialı və Demokratik Qüvvələrin kadr bazası əsasında geniş koalisiyalı müvəqqəti və DQMŞ-in etimad göstərdiyi “Milli Etimad Hökuməti” formalaşdırmaq;

3. Referendum (ümumxalq rəy sorğusu) yolu ilə:

- 2013-2015-ci illər ərzində (keçid dövrü) konstitusiya və seçki islahatları aparmaq, Prezident hakimiyyətinin məhdudlaşdırılması, parlamentin və hökumətin səlahiyyətlərinin genişləndirilməsi yolu ilə hakimiyyətin qolları arasında tarazlığı, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək;

- 2014-cü ilin yanvarında parlamenti buraxmaq;

  • proporsional seçki sistemini bərpa etmək və qarışıq seçki sistemi əsasında yeni parlament seçkiləri keçirmək;

  • yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirmək, Bakı və Gəncə şəhərləri bələdiyyəsinin yaradılması, şəhər (rayon) icra hakimiyyəti orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq.

4. milli qanunvericiliyin beynəlxalq standartlara və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğunlaşdırılması üçün tədbirlər görmək;

5. ölkədə bütün partiya və hərəkatlar, ictimai birliklərə azad və bərabər fəaliyyət imkanları yaratmaq;

6. əsas insan hüquq və azadalıqlarının (mülkiyyət, azad sahibkarlıq, azad və ədalətli seçki, ifadə, sərbəst toplaşmaq, azad söz, birləşmə, dini etiqad və s.) təmin olunması üçün tədbirlər görmək,özəl televiziya və radio kompaniyalarının yaradılması və fəaliyyətinə maneələri aradan qaldırmaq;

7. siyasi əsaslarla cinayət təqibinə məruz qalmış və məhkum olunmuş şəxslərin hüquqlarının bərpa olunması, cinayət təqiblərinə son qoyulması, həbsdə olanların azad edilməsi və mühacirətdə olanların ölkəyə sərbəst qayıtmaları üçün hüquqi maneələrin aradan qaldırılması;

8. ölkədə mövcud olan total korrupsiya sisteminin, inhisarçılığın aradan qaldırılması, gizli iqtisadiyyatın leqallaşdırılması və bu səbəbdən hüquqları pozulmuş vətəndaşların, iş adamlarının pozulmuş hüquqlarının, sosial ədalətin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək;

9. Milli Şuranın Təsis Bəyannaməsinə uyğun xarici siyasət xətti yeritmək, Qarabağ probleminin Azərbaycan Respublikasının ərazi bütövlüyü əsasında həlinə calışmaq;

10. 2015-ci ildə Prezident seçkilərinin keçirilməsini təmin etmək;

11. 2015-ci il Prezident seçkilərində namizədliyini irəli sürməmək və seçki proseslərində tərəfsizliyini saxlamaq.


Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>