Milli Şuranın növbəti mitinqi dekabr ayının 15-də saat 16-da “Məhsul” stadionunda olacaq


  1. Sevgili millət, uca xalq! Hər həftə, hər gün bizdən növbəti mitinqin vaxtını soraqlayırdınız. Sizin arzuladığınız mitinq təyin edildi. Milli Şuranın növbəti mitinqi dekabr ayının 15-də saat 16-da “Məhsul” stadionunda olacaq. Sizə tanış yerdir, “İnşaatçılar” metrosunun yanıdır. Hər kəsin iştirakı zəruridir. Biz həyatımızı Azərbaycan hakimiyyətinin talançılığından qorumalıyıq. Son qiymət artımından sonra “Qglobal Vitnesin” “Ananim Azərbaycan” hesabatı açıqlandı. Ölkə daxilində yanacağın qiymətin artıran və onu “Çip” maşınların çoxalması ilə izah edənlərin, xaricdəki əməllərinin açılması üçün çox vaxt lazım gəlmədi. Məlum oldu ki, yalnız bir il ərzində bir məmurun neft əməliyyatlarından mənimsədiyi vəsait, qiymət artımı nəticəsində büdcəyə daxil olacaq vəsaitdən dəfələrlə çoxdur. “Ananim Azərbaycan” hesabatı ölkəmizin neft mənimsəmələrinin yalnız kiçik bir hissəsin ortaya qoydu, əslində real mənzərə bundan çox ağırdır. Yadınızdasa seçki debatları zamanı biz bu mənzərəni təsvir edəndə YAP yetkililəri sənəd-sübüt tələb edirdi. Bu da yerli-yataqlı sübut. Bir daha aydın oldu ki, ölkəmizin əsas sərvəti olan neft məhsulları xalqımızın həyatına, rifahına, inkişafına deyil, bir ovuc oğru və dələduzun maraqlarına tabe edilib. Vətənimizdə milyonlarla insan süfrəsinə qoymağa, uşağını doyurmağa çörək tapmır, amma bunlar millətin sərvəti hesabına gecəsi 5 min – 10 min dollara dəbdəbəli hotellərdə qalırlar, çirkli neft əməliyyatlarından xalqa çatacaq milyardları mənimsəyirlər. Bu böyük mənimsəmələrin, milli sərvətlərimizin belə talan edilməsinin başında bilavasitə İlham Əliyev özü dayanır. Onun xəbəri olmadan heç kəs bir litr nefti belə mənimsəyə bilməz. Siz indi seçkilərin total şəkildə saxtalaşdırılmasının arxasında duran korrupsiya və monopolyanın, rüşətxorluq və talançılığın mahiyyətini daha aydın anlayırsınız. “Anonim Azərbaycan” hesabatı Azərbaycan hakimiyyətinin oğru təbiətini, onun əsl mahiyyətini açıb göstərdi. Biz qiymət artımına qarşı öz səsimizi qaldırmalıyıq, vətənimizin sərvətlərini talayanlara yox deməliyik, 9 oktyabrda seçki adı altında hakimiyyəti mənimsəyənlərə etirazımzı bildirməliyik. Azərbaycan xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Bu haqqa tapınmaq üçün ölkədə dəyişikliklər, islahatlar olmalıdır. Bu haqqa tapınmaq üçün millətimiz öz iradəsini ortaya qoymalıdır. 15 dekabr etiraz günüdür, qiymət artımına etiraz, talançılığa etiraz, ədalətsizliyə və haqsızlığa etiraz, seçki saxtakarlığına etiraz, hüquqsuzluğa etiraz. Gələcəyindən məhrum edilmiş 100 minlərlə tələbə və gənclərimiz, layiqli güzaran haqqından məhrum edilmiş, büdcədən “dilənçi payı” alan zavalı əməkçilərimiz, aylıq pensiyası aylıq dərmanına çatmayan 10 minlərlə təqaüdçülərimiz 15 dekabrda “Məhsula” gəlin etirazınızı bildirin. Bilirəm hava soyuqdur, amma etiraz hissi, uğrunda mübarizə apardığınız həyat haqqının səmimi ideyaları Sizi isindirəcək. Biz birlikdə bu hakimiyyətə, onun qanunsuz əməllərinə, millətin cibinə hesablanmış qiymət artımına yox deyəcəyik.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>