Cəmil Həsənli İbrahimbəyovun məktubundan danışdı


Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu postdan istefa verməsi və yerinə professor Cəmil Həsənlinin namizədliyini irəli sürməsi ilə bağlı qurumun üzvlərinə müraciət etdiyi artıq bəllidir. Müraciətə Cəmil Həsənlinin münasibətini öyrəndik.

R.İbrahimbəyovun təklifini yüksək dəyərləndirdiyini deyən C.Həsənli vurğuladı ki, Milli Şuraya rəhbərlik etmək böyük bir məsuliyyətdir: «Milli Şura bu barədə qərar qəbul etməlidir. Əgər Milli Şura qərara gəlsə ki, Rüstəm bəyin təklifləri qəbul olunsun, mən buna etiraz etmirəm. Bu Rüstəm bəy tərəfindən mənə verilən böyük etimaddır, buna görə təşəkkür edirəm. Milli Şura Rüstəm İbrahimbəyovun ideyasıdır. Müəyyən səbəblər üzündən Rüstəm bəy Bakıda deyil. Əgər o, Bakıda olsaydı, bu işlərə özü rəhbərlik etməliydi. Amma yenə də bütün məslələr onunla məsləhətləşdiriləcək. O Milli Şuranın ideya rəhbəridir, lideridir. Bundan sonra da Rüstəm İbrahimbəyov Milli Şuranın həyatında mühüm rol oynayacaq».

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>