Cəmil Həsənli Aleksander Peyc və Riçard Kazlariçlə görüşüb


Bir neçə gündür Birləşmiş Ştatlarda səfərdə olan Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 19-da paytaxt Vaşinqtonda görüşlərini davam etdirib. Cəmil Həsənli Amerikanın Səsinə (www.amerikaninsesi.org) günün birinci yarısında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Asiya Bürosunun rəhbərinin müavini Peyc Aleksanderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyünü bildirib. Qurumun Demokratiya və İdarəçilik üzrə rəhbəri Aleksander Sokolovskinin də iştirak etdiyi görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti və perspektivləri, siyasi məhbuslar, seçkilərdən sonra yaranmış vəziyyət və Milli Şura müzakirə mövzusu olub. Görüşdə habelə USAID-in Azərbaycanda fəaliyyəti və ölkədə mətbuatın durumu kimi məsələlər geniş müzakirə edilib.

Daha sonra prezidentliyə keçmiş namizəd Boston, Nyu-York və s. şəhərlərindən gələn tələbələr və icma nümayəndələri ilə görüş keçirilib. Günorta saatlarında baş tutan görüşdə Azərbaycandakı vəziyyət, icmanın fəaliyyət istiqamətləri kimi məsələlər müzakirə edilib.

Cəmil Həsənlinin bu gün keçirdiyi sonuncu görüş ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariçlə olub. Amerikanın Səsinə açıqlamasında Cəmil Həsənli 2 saatdan artıq davam edən görüş zamanı ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında son zamanlar yaşanan olaylarla bağlı maraqlı söhbət olduğunu bildirib. Daha sonra Cəmil Həsənli Riçard Kazlariçə Azərbaycandakı vəziyyəti obyektiv qiymətləndiriinə görə təşəkkür edib.

Noyabrın 23-dək ABŞ-da olacaq Milli Şuranın prezidentliyə keçmiş namizədi sabah da görüşlərini davam etdirəcək.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>