Avropa səfəri davam edir


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir. Cəmil bəyin verdiyi məlumata görə səfər çox ugurlu keçir. O hazırda Avropa Birliyinin, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir. Görüşləri başa vurduqdan sonra oktyabrın 18-də vətənə dönəcək. 

Xatırladaq ki, Cəmil Həsənli oktyabrın 14-də Avropakı beynəlxalq qurumların dəvəti ilə səfərə gedib. Səfərin əsas məqsədi 9 oktyabrda keçirilən prezident seçkilərindəki hadisələri müzakirə etmək və ümumilikdə Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>