Cəmil Həsənli bu gün Mingəçevir və Xətai seçicilərilə görüşəcək


Bu gün Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli bu gün Mingəçevir şəhərində və Bakının Xətai rayonunda seçicilərlə görüşü olacaq. Bu barədə məlumatı “Azadlıq”a AXCP sədrinin müavini Gözəl Bayramlı verib.
Onun sözlərinə görə, Mingəçevirdəki görüş, Azər Niftəliyev adına klubda, saat 12.00-da, Xətaidəki görüş isə saat 18.00-da Bakı kinoteatrında keçirələcək.
Cəmil Həsənlinin Şəki seçicilərilə görüşünə isə icazə verilməyib. Bunu qəzetimizə AXCP sədrinin müşaviri Sahib Kərimov deyib. O, bildirib ki, Cəmil Həsənlinin seçicilərlə görüşü oktyabrın 2-nə planlaşdırılıbmış. Lakin icra hakimiyyətindən bildiriblər ki, həmin gün eyni saatda prezidentliyə başqa bir namizəd - Zahid Orucun seçicilərlə görüşü olacaq. “Bu sadəcə Cəmil bəyin görüşünü pozmaq üçün düşünülüb. Hakimiyyət narahatdır, ona görə də Cəmil Həsənlinin görüşlərinə problem yaradılır”, - deyə Sahib Kərimov bildirib.

Dəstək olun

Dəstək olmaq üçün və əlavə məlumat əldə etmək üçün aşağıdakı düyməyə basın.

əlavə məlumat »

Xəbərlər

Seçki qabağı bütün məlumatları əldə etmək üçün və ən son açıqlamaları əldə etmək üçün düyməyə basın .

bütün xəbərlər »

>